Xidmət Şərtləri

Son yenilənmə: 26 sentyabr 2026

Bu saytdan istifadə etməklə siz aşağıdakı şərtlərlə razılaşmış olursunuz. Şərtlərlə razı deyilsinizsə, saytdan istifadə etməməyiniz xahiş olunur.

1.Saytdakı məlumatların xarakteri

Saytda yerləşdirilən materiallar yalnız ümumi məlumat xarakteri daşıyır və konkret vəziyyət üzrə hüquqi, vergi və ya maliyyə məsləhəti sayılmır. Konkret məsələ üzrə qərar qəbul etməzdən əvvəl mütəxəssislərimizlə məsləhətləşməyiniz tövsiyə olunur.

2.Müraciətlər və müştəri münasibətləri

Sayt vasitəsilə müraciət göndərilməsi və ya konsultasiya vaxtının seçilməsi Şirkət ilə müştəri münasibətlərinin yaranması demək deyil. Xidmət göstərilməsi tərəflər arasında bağlanan ayrıca müqavilə əsasında həyata keçirilir. Seçilmiş konsultasiya vaxtı Şirkət tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

3.Əqli mülkiyyət

Saytdakı mətnlər, loqo, dizayn və digər materiallar Şirkətə məxsusdur və ya qanuni əsaslarla istifadə olunur. Onların Şirkətin yazılı razılığı olmadan kommersiya məqsədilə surətinin çıxarılması və yayılması qadağandır.

4.Məsuliyyətin məhdudlaşdırılması

Şirkət saytdakı məlumatların aktuallığını təmin etməyə çalışır, lakin qanunvericilikdə baş verən dəyişikliklərlə əlaqədar məlumatların tamlığına və dəqiqliyinə zəmanət vermir. Saytdakı məlumatlar əsasında qəbul edilmiş qərarlara görə Şirkət məsuliyyət daşımır.

5.Xarici keçidlər

Sayt üçüncü tərəf resurslarına (sosial şəbəkələr, xəritə xidmətləri və s.) keçidlər ehtiva edə bilər. Həmin resursların məzmununa və məxfilik qaydalarına görə Şirkət məsuliyyət daşımır.

6.Tətbiq olunan hüquq və dəyişikliklər

Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Şirkət şərtlərə istənilən vaxt dəyişiklik edə bilər; yenilənmiş şərtlər saytda dərc edildiyi andan qüvvəyə minir.