Fəaliyyət sahələri

Xidmətlərimiz

Biznesinizin hüquqi, vergi və maliyyə ehtiyaclarını bir yerdə qarşılayan kompleks xidmətlər təqdim edirik.

Korporativ hüquq və şirkətlərin qeydiyyatı

Korporativ hüquq və şirkətlərin qeydiyyatı

Biznesin təşkilati-hüquqi formasının seçilməsi və şirkətlərin qeydiyyatı prosesini tam hüquqi müşayiətlə həyata keçiririk. Təsisçilər arasındakı münasibətlərin rəsmiləşdirilməsi, korporativ idarəetmənin qurulması və payların ötürülməsi üzrə etibarlı hüquqi sənədləşdirmə təmin edirik.

Daha ətraflı
Vergi hüququ və vergi mübahisələri

Vergi hüququ və vergi mübahisələri

Vergi qanunvericiliyinin tətbiqi və vergi öhdəliklərinin düzgün idarə edilməsi istiqamətində praktiki həllər təqdim edirik. Vergi yoxlamaları zamanı müştərilərimizə hüquqi dəstək göstərir və yaranmış mübahisələrdə onların maraqlarını dövlət orqanları qarşısında peşəkar səviyyədə müdafiə edirik.

Daha ətraflı
Maliyyə uçotu və daxili vergi auditi

Maliyyə uçotu və daxili vergi auditi

Şirkətlərin maliyyə və mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun təşkilini həyata keçiririk. Dövlət yoxlamalarından əvvəl daxili audit apararaq maliyyə hesabatlarını təhlil edir, potensial uçot risklərini müəyyənləşdirir və onların qanuni yollarla aradan qaldırılmasını təmin edirik.

Daha ətraflı
Müqavilələr və hüquqi risklərin idarə edilməsi

Müqavilələr və hüquqi risklərin idarə edilməsi

Yerli və beynəlxalq kommersiya müqavilələrinin hazırlanması, hüquqi ekspertizası və danışıqlar prosesinin idarə edilməsi üzrə xidmət göstəririk. Tərəfdaşlarla münasibətlərdə yarana biləcək hüquqi və maliyyə risklərini minimuma endirən dəqiq sənədləşdirmə aparırıq.

Daha ətraflı
Əmək hüququ və kadr uçotu

Əmək hüququ və kadr uçotu

Əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsini və daxili kadr uçotunun düzgün qurulmasını həyata keçiririk. İşəgötürənin hüquqi risklərini qiymətləndirir, əmək müqavilələrinin tərtibi və əmək mübahisələrinin həlli istiqamətində peşəkar dəstək veririk.

Daha ətraflı
Xarici investisiya və miqrasiya xidmətləri

Xarici investisiya və miqrasiya xidmətləri

Azərbaycanda fəaliyyətə başlayan xarici investorlar üçün biznesin hüquqi əsaslarının formalaşdırılmasını təmin edirik. Eyni zamanda, əcnəbi mütəxəssislərin işə cəlb edilməsi, iş və yaşayış icazələrinin alınması, eləcə də miqrasiya qeydiyyatı proseslərini tam müşayiət edirik.

Daha ətraflı